Alsu ilk dəfə boşanma xəbərindən danışdı

   Alsu ilk dəfə boşanma xəbərindən danışdı
  20 İyun 2024    Oxunub:1494
Rusiyalı müğənni Alsu 18 il evli olduğu bakılı iş adamı Yan Abramovdan boşanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Müğənni jurnalistlərin suallarına : "Hər şey yaxşıdır. Şərh etmirəm, amma yaxşıyam", -deyə cavab verib.

Qeyd edək ki, bu ilin may ayında Alsunun boşanmaq üçün müraciət etdiyi ilə bağlı məlumatlar yayıldı. Ayrılığın iddia edilən səbəbləri arasında həyat yoldaşının mümkün xəyanəti də var.

“StarHit” yazır ki, sənətçinin yaxın ətrafı Y. Abramovun 6 aydır demək olar ki, evə gəlmədiyini deyiblər. Bu vəziyyət bir ildən çox davam edib və sonda boşanma qərarı verilib.

Jurnalist Oleq Tsurikovun sözlərinə görə, Yan Abramov başqa xanım ilə ailə qurmağa hazırlaşır.

Xatırladaq ki, cütlük 2006-cı ildə ailə həyatı qurub. Onların Safina, Mikella adlı qızları və Rafael adlı bir oğlu var.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti