Vəkillər Kollegiyasının üzvləri məhkumlara pulsuz hüquqi yardım göstəriblər

Vəkillər Kollegiyasının üzvləri məhkumlara pulsuz hüquqi yardım göstəriblər
  27 İyun 2024    Oxunub:984
Məhkumlara pulsuz hüquqi yardım göstərilməsi prosesinə start verilib.
Ədliyyə Nazirliyi Penitensiar xidmət ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, məhkumlara pulsuz peşəkar hüquqi yardımın göstərilməsi məqsədilə Penitensiar xidmətin 2, 9, 17 saylı cəzaçəkmə müəssisələri və İxtisaslaşdırılmış Müalicə Müəssisəsində görüş keçirilib.

Belə ki, iyunun 25-də “Pro Bono” Vəkil Bürosunun (VB), Bakı şəhəri 38 saylı VB-nin, “Mərkəz” VB-nin, “Qanunçuluq” VB-nin “Güvən” VB-nin, Bakı şəhəri 39 saylı VB-nin, o cümlədən Bakı şəhəri 13 saylı VB-nin vəkilləri ilə təşkil olunmuş görüş zamanı 234 məhkuma mülki və cinayət qanunvericiliyinin müddəaları izah olunub, onların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.

Tədbirlər Planına uyğun olaraq gələcəkdə digər cəzaçəkmə müəssisələrində də məhkumlara pulsuz hüquqi yardım aksiyalarının keçirilməsi davam etdiriləcək.
AzVision.az


Qalereya




Teqlər: Vəkil  





Xəbər lenti