"Neftçi" iki futbolçu ilə yolları ayırdı

"Neftçi" iki futbolçu ilə yolları ayırdı
  28 İyun 2024    Oxunub:657
"Neftçi" iki futbolçu ilə yolları ayırıb.
AzVision.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fələstinli yarımmüdafiəçi Ataa Caber və qapıçı Aqil Məmmədovun başa çatan müqaviləsi yenilənməyib.

2022-ci ilin iyununda transfer olunmuş Caber “Neftçi”nin heyətində 58 rəsmi oyunda meydana çıxıb, 9 qol vurub. Aqil Məmmədov isə 2015-2016, 2018-2024-cü illər ərzində “Neftçi”nin heyətində 112 oyun keçirib.

AzVision.az


Teqlər:





Xəbər lenti