Qısamüddətli geomaqnit qasırğası gözlənilir

Qısamüddətli geomaqnit qasırğası gözlənilir
  28 İyun 2024    Oxunub:1753
Hazırda Günəş aktivliyi aşağı səviyyədədir. Bir neçə oblastda Yerə demək olar ki, təsiri olmayan C sinif alışmalar olub. Günəşin diskinin cənub-qərb kənarında 27 iyun tarixində tac kütlə atılması müşahidə olunub. İyulun 1-də gecə saatlarında bunun Yerə zəif təsiri proqnozlaşdırılır
AzVision.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından məlumat verilib.

Məlumata görə, geomaqnit sahə ümumiyyətlə sakit səviyyədə olacaq, 28-29 iyun tarixlərində qeyri-stabil hala keçəcək. İyunun 30-dan sakit səviyyəyə qayıdacaq. Geomaqnit aktivliyi göstərən Kp əmsalı 29 iyun tarixində sübh saatlarında 3-4,8 intervalında dəyişəcək, saat 10.00-dan sonra isə 1,5-2,5 intervalında stabilləşəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti