Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib

   Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
  05 İyul 2024    Oxunub:1156
İyulun 6-sı axşamdan 8-i gündüzədək bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıqlar verilib
AzVision.az xəbər verir ki, sarı xəbərdarlığa uyğun olaraq Sədərək, Şərur, Kəngərli, Ağstafa, Qazax, Şəmkir, Tovuz, Samux, Gədəbəy, Bərdə, Tərtər, Göygöl, Ağdam, Yevlax, Mingəçevir, Ağcabədi, Balakən, Zaqatala, Şəki və Qaxda fasilələrlə Şərq küləyi əsəcək və sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Narıncı xəbərdarlığa əsasən Naxçıvan, Babək, Culfa, Şahbuz, Ordubad, Naftalan, Goranboy, Gəncə və Daşkəsəndə Şərq küləyinin əsəcəyi və sürətinin 20.8-28.4 metr/saniyə olacağı gözlənilir.

AzVision.az



Teqlər:





Xəbər lenti