İnsanlar xəbərlərdən bezib - “Reuters”in araşdırması

   İnsanlar xəbərlərdən bezib -    “Reuters”in araşdırması
  17 İyul 2024    Oxunub:2637
Dünyada getdikcə daha çox insan xəbərləri izləməkdən imtina edir. Buna səbəb onların xəbərləri “darıxdırıcı”, yaxud “depressiv” saymalarıdır.
“Reuters Institute for the Study of Journalism” təşkilatının 47 ölkədə 95.000 insan arasında keçirdiyi sorğu göstərir ki, insanların 39%-i məqsədli şəkildə xəbərləri izləmək istəmirlər. 2017-ci ildə belələrinin sayı 29% idi. Agentliyin analitikləri bu artımı dünyada müharibələrin, münaqişələrin və dolayısı ilə qara xəbərlərin artması ilə izah edirlər.

Araşdırma həmçinin göstərib ki, son 10 ildə xüsusən gənclərin televiziya və mətbuat kimi ənənəvi xəbər qaynaqlarına marağı kəskin azalıb. Rəyi soruşulanların 73%-i xəbərləri onlayn qaynaqlardan, 50%-i televiziyadan, yalnız 14%-i mətbuatdan izlədiyini deyib.



Sosial şəbəkələrin arasında son vaxtlar TikTok xəbər izlənməsi baxımından önə çıxmaqdadır. Bunu səbəbi qısa xəbər videolarının getdikcə daha çox populyarlıq qazanması ilə bağlıdır.

Samir Quliyev
AzVision.az


Teqlər: Media   Xəbər  





Xəbər lenti