Azərbaycanlı tələbə dünyanın 50 ən yaxşısının arasında
Finalçıların seçilməsi üçün meyar kimi onların akademik nailiyyətləri, həmyaşıdlarına təsirləri, icmalarında və onun hüdudlarından kənarda yaratdıqları təsir əsas götürülüb. O cümlədən, namizədlər yaradıcı və innovativ yanaşmaları, “qlobal vətəndaş” kimi fəaliyyətlərinə görə qiymətləndiriliblər.
Qlobal Tələbə Mükafatının əvvəlki qaliblərini ABŞ-ın keçmiş prezidenti Bill Klinton, Papa Fransisk və digər məşhur şəxslər təltif ediblər.
Qeyd edək ki, Nuranə Məmmədova Şəmkir şəhər orta təhsil məktəbini fərqlənmə ilə bitirdikdən sonra bakalavr üzrə təhsilini UNEC və ADAU universitetlərində alıb. Onları qırmızı diplomla bitirib. Magist təhsilini Fransa, Almaniya və Türkiyədə fərqlənmə ilə başa vurub. Hazırda, Oksford Universitetində Diplomatiya üzrə magistr təhsilini yekunlaşdırmaq üzrədir. Oksford Universitetində doktorant kimi akademik təhsilini davam etdirməyə dəvət alıb. Qlobal uğurlarından biri də 2019-cu ildə ABŞ-ın Denver Universitetinin versiyasına görə dünyanın 13 qadın liderlərinin siyahısında yer almasıdır.
Nuranə Məmmədova gənclər siyasəti və gənclərlə iş sahəsindəki fəaliyyətləri ilə bütün dünyada minlərlə gəncə təsir göstərir.
Qeyd edək ki, azərbaycanlı tələbənin uğuru ilə bağlı məlumatlar “Oxford Mail”, “The Independent” və s. xarici media orqanlarında da dərc olunub.