“Yale Law School”da ilk azərbaycanlı tələbə

 “Yale Law School”da ilk azərbaycanlı tələbə
  25 İyul 2024    Oxunub:2186
Xaricdə təhsilə dair Dövlət Proqramına 2024–2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulu üzrə ilkin siyahı təsdiqlənib. Bu il keçirilən müsabiqənin ilkin nəticələrinə əsasən, 99 nəfər dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq.
Proqramın qalibləri sırasında Orxan Abdulkərimli Yale Universiteti Hüquq fakültəsinin, yəni “Yale Law School”un tam təqaüdünü qazanmaqla magistratura pilləsinə qəbul olunub.

“Yale Law School” ABŞ-nin hüquq fakültələri reytinqində (US News & World Report və Fortuna Ranking) 1990-cı ildən hazıradək davamlı olaraq 1-ci yerdə qərarlaşıb və qəbul üzrə ən rəqabətli hüquq fakültəsi hesab olunur.

Bu Azərbaycan və region dövlətlərindən “Yale Law School”a ilk qəbuldur.




Teqlər: Təhsil  





Xəbər lenti