Azərbaycanın daha bir cüdoçusu olimpiya çempionu oldu

   Azərbaycanın daha bir cüdoçusu olimpiya çempionu oldu
  01 Avqust 2024    Oxunub:1719
Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Belə ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionumuz qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn idmançımız Olimpiya çempionu olub.

Qeyd edək ki, Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan cüdoçumuz birinci görüşdə polşalı Pyotr Kuçera ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Avropa və dünya çempionumuz adını dörddəbir finala yazdırıb.

Bu mərhələdə İsrail təmsilçisi Peter Palçiki vaza-ari xalı ilə məğlub edən Z.Kotsoyev yarımfinala vəsiqə qazanıb. İdmançımız yarımfinalda özbəkistanlı Muzaffarbek Turoboyevə də vaza-ari ilə qalib gələrək finala yüksəlib.


AzVision.az


Teqlər:





Xəbər lenti