Fransa mətbuatı azərbaycanlı idmançıların “Paris-2024”də uğurlu çıxışlarından yazıb

Fransa mətbuatı azərbaycanlı idmançıların “Paris-2024”də uğurlu çıxışlarından yazıb
  02 Avqust 2024    Oxunub:1442
“Franceinfo” portalı “Paris-2024” Olimpiya Oyunlarında cüdo üzrə ilk çempionumuzdan yazıb. Hidayət Heydərov (78 kq) bütün xalqımıza sevinc bəxş etməklə yanaşı, fransız mətbuatında “dünyada nömrə 1” kimi təqdim edilib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, “Ouest-France” portalı Azərbaycanın cüdo üzrə ikinci qızıl medalçısı Zalim Kotsoyevdən yazıb. Hidayət Heydərovdan ilhamlandığını deyən Zelim Kotsoyev (100 kq) “Paris-2024” Olimpiya Oyunlarında Azərbaycana ikinci qızıl medalını qazandırıb. Beləliklə də Azərbaycan Olimpya Oyunlarında cüdo yarışlarında ilk dəfə 2 qızıl medal qazanıb.

Fransanın “20 minutes” portalı isə Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yğımasının yarışlarda beynəlxalq idman ictimaiyyətini təəccübləndirməsindən yazıb. Ümumiyyətlə fransız mətbuatında Azərbaycan qadınlarından ibarət 3x3 basketbol komandasından daha çox danışılıb.



Azərbaycanın tarixi, coğrafiyası, möhtəşəm mənzərələri, səyahət üçün ideal məkan olması haqqında geniş məlumat verilən “Azərbaycan dünyada necə 3x3 basketbol qalasına çevrildi?” başlıqlı məqalədə basketbol komandamızın yeni yaranmasına baxmayaraq, Azərbaycanın dünya basketbolunda önəmli ölkəyə çevrildiyi vurğulanır.



AzVision.az



Teqlər:





Xəbər lenti