Güləş üzrə komandamız Fransaya yollandı

Güləş üzrə komandamız Fransaya yollandı
  02 Avqust 2024    Oxunub:1241
Güləş üzrə olimpiya komandamızın yarısı bu gün Fransaya yollanıb.
AzVision.az xəbər verir ki, Yunan-Roma güləşçilərimiz – Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq), eləcə də qadın güləşçimiz Mariya Stadnik (50 kq) Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Parisə yola düşüb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, digərgüləşçilərimiz və olimpiyaçıların yaxınları iştirak edib.

Avqustun 5-də Muradla Sabah, növbəti gün Sənan və Mariya növbəti gün, Həsrətlə Rafiq isə ayın 7-də mübarizəyə başlayacaq.

Qeyd edək ki, Olimpiadanın son günlərində çıxış edəcək sərbəst güləşçilərimiz avqustun 6-da Parisə yollanacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti