Qarpızdan zəhərlənmənin əsas əlamətləri hansılardır?

   Qarpızdan zəhərlənmənin əsas əlamətləri hansılardır?
  15 Avqust 2024    Oxunub:2596
"Qarpızdan zəhərlənmənin ilkin əlamətləri qızdırma, ürəkbulanma və qarın ağrısıdır".
AzVision.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu rusiyalı həkim Sabrina Karsiyeva deyib.

Həkimin sözlərinə görə, zəhərlənmə baş verdiyi zaman insan orqanizmində temperatur qalxır, təzyiq aşağı düşür:

"Əgər simptomlar artarsa, mütləq həkimə müraciət etmək lazımdır. Qarpız normasında istehlak edildikdə qan damarlarını genişləndirməyə kömək edən və əzələlərə oksigenin çatdırılmasını asanlaşdıran L-sitrulinin zəngin amin turşusu mənbəyidir.

Bu giləmeyvədə çoxlu karotenoidlər, o cümlədən likopen var ki, bunlar da orqanizmdə A vitamininə çevrilir. Ürək və qan damarlarına da faydalı təsir göstərir".

Həkim qeyd edib ki, qarpız faydalı olsa da, həddindən artıq yeyilməməlidir.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: qarpız   giləmeyvə   zəhərlənmə  





Xəbər lenti