Gorusun meri 1 il 8 ay azadlıqdan məhrum edildi

   Gorusun meri 1 il 8 ay azadlıqdan məhrum edildi
  10 Sentyabr 2024    Oxunub:1201
Ermənistanın Gorus şəhərinin meri Aruş Aruşanyan 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, Sünikin ümumi yurisdiksiya məhkəməsi Probasiya Xidmətinin 5 il müddətinə icbari tibbi sığorta üzrə vəzifə tutma qadağasının həbslə əvəz edilməsi barədə vəsatətini təmin edib.

Paşinyan: "Sülh sazişində 13 maddə razılaşdırılıb"
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Probasiya Xidməti Aruş Aruşanyanın həbs-qətimkan tədbirinin dövlət vəzifəsi tutmaq hüququndan məhrum etmədən həbs cəzasına dəyişdirilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim etmişdi. Aruşanyanın artıq bir neçə ay dəmir barmaqlıqlar arxasında keçirməsi nəzərə alınsa, o, bundan sonra bir il həbsdə qalmalı olacaq.

Xatırladaq ki, Sünik (Zəngəzur) vilayətinin Gorus icmasının rəhbəri olan Aruş Aruşanyan 8 ay həbsdə olub və 2022-ci ilin yazında sərbəst buraxılıb. O, səsvermə sirrini pozmaqda, seçki hüquqlarının həyata keçirilməsinə mane olmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz sahibkarlıqda ittiham olunub. Aruşanyana qarşı dələduzluqla bağlı ittiham da irəli sürülüb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Həbs   Ermənistan   mer  





Xəbər lenti