Rok qrupu Trampı məhkəməyə verir

Rok qrupu Trampı məhkəməyə verir
  10 Sentyabr 2024    Oxunub:740
Amerikanın “The White Stripes” rok qrupu ABŞ prezidentliyinə namizəd Donald Trampı məhkəməyə verir.
Qrupun məhkəməyə müraciət etməsinə səbəb siyasətçinin seçki kampaniyası zamanı “Seven Nation Army” mahnısından qanunsuz istifadə etməsi olub. Müraciətlə bağlı müvafiq sənəd ABŞ Məhkəmələrinə dair Xəbər Xidmətinin saytında yerləşdirilib.

İddiaya görə, Trampın kampaniyasını təşkil edənlər qrupun razılığı olmadan sosial mediada ifanın gitara versiyasını paylaşıblar. Videoda prezidentliyə namizəd "Seven Nation Army"nin sədaları altında təyyarəyə minir.

“İddianın məqsədi musiqi bəstəsinə dair hüquqların kobud şəkildə pozulmasına görə təzminat tələb etməkdir... Söhbət tarixin ən məşhur və əlamətdar musiqi əsərlərindən biri olan "Seven Nation Army"dən gedir", - müraciətdə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti