Gürcüstan prezidenti ikinci dəfə ölkə başçısı olmaq istəyir

Gürcüstan prezidenti ikinci dəfə ölkə başçısı olmaq istəyir
  10 Sentyabr 2024    Oxunub:842
Gürcüstan prezidenti Salome Zurabişvili ikinci müddətə dövlət başçısı olmaq niyyətini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Mən Gürcüstanın Avropa yoluna qayıtması üçün ikinci müddətə namizəd olmaq da daxil olmaqla, daha böyük məsuliyyəti üzərimə götürməyə hazıram”, - Zurabişvili bildirib.

Qeyd edək ki, Salome Zurabişvili 2018-ci ildə Gürcüstanın Prezidenti seçilib. Gürcüstanın növbəti prezidenti isə ümumi, ümumxalq səsverməsi ilə deyil, 300 seçici tərəfindən seçiləcək. Onların arasında parlament üzvləri və yerli hökumət nümayəndələri də olacaq. Növbəti prezident seçkiləri parlament seçkilərindən sonra baş tutacaq.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti