Türkiyə bankları sanksiyalara görə 2 milyard dollar itirib

   Türkiyə bankları sanksiyalara görə    2 milyard dollar    itirib
  11 Sentyabr 2024    Oxunub:1019
Türkiyə bankları ABŞ-nin Rusiyaya qarşı sanksiyaları nəticəsində 2024-cü ilin 8 ayı ərzində təxminən 2 milyard dollar gəlir itirib.
AzVision.az xəbər verir ki, bu barədə türkiyəli iqtisadçı Mustafa Rəcəb Erçin Rusiya mediasına açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Türkiyə ilə Rusiya arasında iqtisadi əlaqələr pisləşməyəcək. Lakin bəzi imkanlar artıq əldən verilib.

“Rusiya belə olan təqdirdə Türkiyəyə necə söykənə biləcək və ya güvənəcək? Mən əminəm ki, Kremlin iqtisadi sahəyə məsul heyəti də özlərinə bu sualı verirlər. Məncə onların türk həmkarları da bu barədə düşünməlidirlər”, - deyə Ercin qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti