Dubinski: “Şolzun “sülh planı” Ukraynadakı böhranın təzahürüdür”

   Dubinski:    “Şolzun “sülh planı” Ukraynadakı böhranın təzahürüdür”
  11 Sentyabr 2024    Oxunub:852
Almaniya kansleri Olaf Şolzun Ukraynaya dair “sülh planı” hazırlaması onu deməyə əsas verir ki, Berlin sülh danışıqları zamanı Kiyevə yalnız məhdud şəkildə dəstək verəcək.
AzVision.az xəbər verir ki, dövlətə xəyanətdə ittihama görə istintaq təcridxanasında saxlanılan Ali Radanın deputatı Aleksnadr Dubinski öz Telegram-kanalında belə deyib.

“Şolzun “sülh planı” ilə bağlı qəfil fəaliyyəti bir neçə hadisədən bəhs edir. Almaniya danışıqlarda 100% Ukraynanın tərəfində olmayacaq. Sülh planının hazırlanması Ukraynada kritik vəziyyətdən xəbər verir. Ukrayna Silahlı Qüvvələri cəbhə xəttində məğlubiyyətlər yaşadığı, Ukraynanın enerji sektoru isə qaçılmaz fəlakətlə üz-üzə olduğu halda, Qərbin artıq Kiyevi dəstəkləməyə pulu yoxdur. Berlindəkilər Kiyev rejiminin süqut edəcəyi təqdirdə ukraynalıların Almaniyaya axışacağından qorxurlar”, - həbsdə saxlanılan ukraynalı deputat vurğulayıb.

Bundan əvvəl İtaliyanın “La Repubblica” qəzeti Almaniya kanslerinin Ukraynada hərbi əməliyyatlara son qoymaq planını hazırladığını yazmışdı. Almaniya hökumətinə yaxın mənbə müşahidəçilərə bildirib ki, plana Ukraynanın ərazi güzəştləri də daxil ola bilər.

Şolz müharibəni bitirmək üçün müzakirələrə başlamağa çağırıb
Qeyd edək ki, bir neçə gün əvvəl Almaniya kansleri Olaf Şolz “ZDF” televiziyasına müsahibəsində Ukraynada silahlı münaqişənin sona çatmasını sürətləndirmək üçün müzakirələrin vaxtının gəlib çatdığını bildrimişdi.

Onun açıqlamasını şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hazırda Rusiya ilə Ukrayna arasında “hərbi münaqişənin” sülh yolu ilə həlli üçün heç bir ilkin şərtin və hansısa konturların müşahidə olunmadığını deyib. Peskov, həmçinin Moskvanın Avropa ölkələrindən müxtəlif bəyanatlar eşitdiyini, amma əslində bütün bu prosesə, bütün kollektiv Qərbə dirijorluq edən ölkədən isə səs-səmir çıxmadığını vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Şolz   Dubinski   sülh  





Xəbər lenti