Avropa məhkəməsi ABŞ şirkətlərini sərt şəkildə cəzalandırıb

   Avropa məhkəməsi ABŞ şirkətlərini sərt şəkildə cəzalandırıb
  11 Sentyabr 2024    Oxunub:877
Amerikanın “Apple” və “Google” şirkətləri çoxmilyardlıq cərimələrlə bağlı məhkəmə çəkişməsində tam məğlubiyyətə uğrayıblar. Lüksemburqdakı Avropa Ədalət Məhkəməsi aşağı instansiya məhkəməsinin “Apple” şirkətinin xeyrinə çıxardığı qərarı ləğv edərək, Avropa Komissiyasının tərəfini tutub.
AzVision.az Almaniyanın “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, uzun sürən məhkəmə çəkişməsi İrlandiyanın “Apple” şirkətinə verdiyi vergi güzəştləri ilə bağlı mübahisə ətrafında gedib.

Avropa Komissiyası bu güzəştləri ədalətli rəqabət qaydalarının pozulması kimi qiymətləndirib. 2016-cı ildə belə məsələləri tənzimləyən “Apple” şirkətindən 13 milyard avro cərimə və cərimələrin üzərinə gələn faizləri ödəməsini tələb edib. Həmin vaxtda bu pullar trast (etibarnamə) hesabında qalır.

Avropa məhkəməsi, həmçinin “Google” şirkətinin 2,4 milyard avro məbləğinda cərimə ödəməsi barədə qərar çıxarıb. Məhkəmənin qənaətinə görə, Amerikanın internet nəhəngi özünün alış-veriş müqayisə xidmətindən yararlanaraq, özünə ədalətsiz üstünlüklər təqdim edib və bununla da bazardakı dominant mövqeyindən sui-istifadə edib.

Qeyd edək ki, hələ 2017-ci ildə “Google” şirkətinə a 2,4 milyard avro cərimə kəsən Avropa Komissiyası şirkətin öz xidmətinin nəticələrini axtarış səhifəsində birinci yerə qoyduğunu, onları təkcə mətnlə deyil, həm də şəkillərlə təmin etdiyiin, alternativ xidmətlərin nəticələrini isə aşağıda sadə mavi linklər kimi verdiyini bildirib.

Avropa Komissiyasının fikrincə, istifadəçilər rəqiblərin nəticələrinə nisbətən “Google”un linklərini əhəmiyyətli dərəcədə daha çox klikləyirlər ki, bu onların uğurunu təmin etmək üçün həm də şirkətin ana səhifəsindəki trafikin həcmindən asılıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Apple   Google   cərimə  





Xəbər lenti