Pekin Ukrayna ilə bağlı mövqeyini dəyişmək fikrində deyil

Pekin Ukrayna ilə bağlı mövqeyini dəyişmək fikrində deyil
  11 Sentyabr 2024    Oxunub:793
Çin Ukraynadakı müharibə ilə bağlı mövqeyini dəyişməyi planlaşdırmır və dünya ictimaiyyətini “sülh planı”nın məqsədəuyğun olduğuna inandırmağa davam edəcək.
AzVision.az xəbər verir ki, Sankt-Peterburqda Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüş zamanı Çinin Xarici İşlər naziri Van İ Pekinin Rusiya-Ukrayna müharibəsinə son qoymaqla bağlı öz yanaşmasını irəli aparmağa davam edəcəyini və dünyanın əksər ölkələrini münaqişənin siyasi həlli ilə bağlı özünün təklifini dəstəkləməyə inandırmağa çalışacağını bildirib.

“Çin beynəlxalq konsensusa nail olmaq və hərbi əməliyyatların tezliklə dayandırılması üçün lazımi şərait yaratmaq məqsədilə beynəlxalq ictimaiyyətə “Ukrayna böhranı” ilə bağlı balanslaşdırılmış, obyektiv və rasional baxış təqdim etmək üçün fəaliyyətini davam etdirəcək”, - Çinin Xarici İşlər naziri deyib.

Onun sözlərinə görə, Ukrayna məsələsində “obyektiv və ədalətli mövqe” tutan Çin diqqətini “böhran”ın siyasi həllini təşviq etməyə cəmləyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   Çin  





Xəbər lenti