"Almaniyanın mühacirlərə ehtiyacı var" - Şolts

"Almaniyanın mühacirlərə ehtiyacı var" - Şolts
  11 Sentyabr 2024    Oxunub:1221
Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ölkəsinin mühacirlərə ehtiyacı olduğunu vurğulayıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə “DW” məlumat yayıb.

Olaf Şolts Almaniya parlamentində hökumətinin miqrasiya siyasətini müdafiə edərək ölkənin bacarıqlı əcnəbiləri cəlb etməsinin vacibliyini vurğulayıb.

O, eyni zamanda, ölkəyə mühacirət edənlərə nəzarət etdiklərini də bildirib.

“Biz siyasi təqiblərə məruz qalan, canlarını xilas etməli olanlara müdafiə təklif edən bir ölkəyik və bu, konstitusiyamızda var”, - Almaniya Kansleri əlavə edib.


Teqlər:





Xəbər lenti