Zelenski Kiyevdə Xorvatiyanın Baş naziri ilə görüşüb

Zelenski Kiyevdə Xorvatiyanın Baş naziri ilə görüşüb
  11 Sentyabr 2024    Oxunub:661
Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə görüşüb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə Zelenski “X” platformasında bildirib.

“Bizim müzakirəmizin əsas mövzuları humanitar minatəmizləmə, müharibədən sonrakı bərpa və enerji infrastrukturunun yenidən qurulması olub”, - Zelenski qeyd edib.

Zelenski onu da qeyd edib ki, Xorvatiya Ukraynaya 11-ci hərbi yardım paketini elan edib.

AzVision.az



Teqlər:





Xəbər lenti