"Hizbullah" Təl-Əvivdə "Mossad"ın komanda məntəqəsini vurub

 "Hizbullah" Təl-Əvivdə "Mossad"ın komanda məntəqəsini vurub
  25 Sentyabr 2024    Oxunub:1118
Livanın "Hizbullah" hərəkatı İsrail kəşfiyyat xidmətinin(Mossad) Təl-Əviv yaxınlığındakı komanda məntəqəsinə raket atıb.
Bu barədə hərəkatın sosial şəbəkə hesabında məlumat yayılıb. Qeyd edilib ki, həmin məntəqə Livanda bir sıra hərəkat liderlərinin məhv edilməsinə və peycerlərin partladılmasına cavabdeh olub.

"Hizbullah" yüksək rütbəli komandirinin ölümünü təsdiqlədi
Qeyd edilib ki, hərbi obyekt “Kader-1” raketi ilə vurulub.
Livanın “Əl-Mayadeen” telekanalının məlumatına görə, "Hizbullah" ilk dəfə İran istehsalı olan “Kader-1” uzaq mənzilli ballistik raketdən istifadə edib.

Sentyabrın 17 və 18-də Livanın müxtəlif bölgələrində onlarla insanın ölümünə və üç minə yaxın vətəndaşın yaralanmasına səbəb olan rabitə avadanlığının kütləvi partlayışları baş verdi. Bundan sonra bölgədə növbəti eskalasiya yaranıb.

Dünən isə İsrail aviasiyası Beyrutun cənubundakı yaşayış binasına zərbələr endirib. Nəticədə "Hizbullah"ın xüsusi əməliyyatlar komandiri İbrahim Akil də daxil olmaqla 50-dən çox insan həlak olub.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Livan   İsrail  





Xəbər lenti