"Biz quru əməliyyatının qarşısını almaq istəyirik”, - portalın həmsöhbətlərindən biri qeyd edib. Onun sözlərinə görə, Vaşinqton müvafiq mövqeyi İsrail rəhbərliyinə də çatdırıb.
"Hizbullah" Təl-Əvivdə "Mossad"ın komanda məntəqəsini vurub |
Portalın məlumatına görə, ABŞ-nin İsrail üzrə xüsusi nümayəndəsi Amos Hokşteyn Livandakı rabitə cihazlarının partlayışından sonra qəzəblənib. Çünki bir neçə gün əvvəl o, "sərhəd münaqişəsinin həlli ilə bağlı razılaşmada irəliləyişlər əldə edilib” bəyanatı vermişdi. Hokşteyn İsrailə gedərək Təl-Əvivi eskalasiya riskləri barədə xəbərdarlıq da edib.
Bundan başqa, Vaşinqton rəsmiləri indiki mərhələdə ABŞ-nin İsrailin qərarlarına təsirinin məhdud olduğunu söyləyiblər.
Tural Tağıyev
AzVision.az