Kats: "Hizbullah" silahı yerə qoymayınca atəşkəsə razı deyilik"

      Kats:    "Hizbullah" silahı yerə qoymayınca atəşkəsə razı deyilik"
  30 Sentyabr 2024    Oxunub:922
"İsrailin atəşkəsə razılaşması üçün yeganə yol "Hizbullah"ın Litani çayının şimalına köçürülməsi və silahsızlaşdırılmasıdır".
Bu sözləri İsrailin xarici işlər naziri İsrael Kats ölkənin İctimai Yayım Korporasiyasının ("KAN") xəbər agentliyinə açıqlamasında dilə gətirib. O vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi də Livanda atəşkəs üçün əsas şərtdir.

"Şərtlər yerinə yetirilmədikcə İsrail öz vətəndaşlarının təhlükəsizliyi, şimalda yaşayan sakinlərin evlərinə qayıtmaları məqsədilə apardığı əməliyyatları dayandırmayacaq", - Kats deyib.

Nazir həmçinin "Hizbullah"ın keçmiş lideri Həsən Nəsrullahın da öldürülməsinə toxunub.

"Bu hadisə İsrailin indiyədək həyata keçirdiyi ən haqlı əks tədbirlərdən biri idi. Çünki o, ölkəmizə qarşı daha çox hücum planlaşdırırdı", - o diqqətə çatdırıb.
"Hizbullah"ın yeni lideri müəyyənləşib

Xatırladaq ki, 1994-cü ildən bəri təşkilatın lideri postunu tutan Həsən Nəsrullah sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun cənubunda yerləşən Zahiyə qəsəbəsindəki qərargaha aviazərbəsi nəticəsində həyatını itirib. Onu bu vəzifədə dayısı oğlu Haşim Səfiəddin əvəzləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Hizbullah   münaqişə   atəşkəs  





Xəbər lenti