Rusiyanın Baş naziri Ermənistana səfər edəcək |
Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Mişustin İran Prezidenti Məsud Pezeşkiyanla görüşündə qarşılıqlı və regional məsələlər ətrafında müzakirələr aparacaq. İqtisadi-ticari və mədəni-humaintar sahələrdə əməkdaşlığın perspektivinə, o cümlədən nəqliyyat, sənaye, energetika, təhsil və digər sektorlarda birgə iri layihələrin həyata keçirilməsinə baxış keçiriləcək. Rusiyanın hökumət başçısı həmçinin bu ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Ariflə də görüşəcək.
Sabah isə o, Avrasiya Hökumətlərarası Şurasının plenar sessiyasında iştirak məqsədilə İrəvana yollanacaq.
Firudin Həmidli
AzVision.az