Türkiyə kəşfiyyatı daha bir terrorçunu məhv etdi

Türkiyə kəşfiyyatı daha bir terrorçunu məhv etdi
  30 Sentyabr 2024    Oxunub:779
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatının sözdə rəhbərlərindən biri Lokman İsmail zərərsizləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, 30 il ərzində PKK/KCK daxilində fəaliyyət göstərən terrorist Lokman İsmail tam dəqiq atəşlə zərərsizləşdirilib. Məlumata görə, o, Şırnak və Adanada terror aktlarının planlayıcısı olub. PKK/KCK-lı Lokman İsmail 2015-2016-cı illərdə Şırnakda baş verən xəndək-barikat hadisələrində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hücumları təşkil edən şəxs idi.

Bundan əlavə, 2019-cu ildə Adana/Seyhanda Suriya vətəndaşları tərəfindən iki avtomobilə bombalı hücumun əmrini verən də Lokman İsmail olub.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Türkiyə   terror   PKK  





Xəbər lenti