Putin hərbi müxbirə Rusiya Qəhrəmanı adı verdi

Putin hərbi müxbirə Rusiya Qəhrəmanı adı verdi
  30 Sentyabr 2024    Oxunub:837
Rusiya prezidenti Vladimir Putin Kursk vilayətində yaralanan hərbi müxbir Yevgeni Poddubnıya Rusiya Qəhrəmanı adı verib.
Onun fərmanı Publication.pravo.gov.ru rəsmi portalında dərc olunub.

Sənəddə Poddubnının xidməti borcunu yerinə yetirərkən göstərdiyi şücaət və qəhrəmanlığa görə təltif edildiyi bildirilir.

Poddubnı Ukrayna Silahlı Qüvvələrinin Kurska girməsinin ilk günlərində məlum vilayətdə fəaliyyət göstərib və avqustun 7-də yaralanıb. İddia olunur ki, Ukraynaya məxsus kamikadze pilotsuz uçan aparat Sudja şəhəri ərazisində çəkiliş qrupunun avtomobilinə hücum edib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin  





Xəbər lenti