Onun sözlərinə görə, əgər söhbət Azərbaycanla Ermənistan arasındakı münaqişədən gedirsə, onun nə vaxt meydana çıxdığı və ikinci Qarabağ savaşınadək niyə həllini tapmadığı Ağ evdəkilər üçün sirr olmamalıdır:
"Bəs “ləyaqətli sülh” deyəndə görəsən Bayden nəyi nəzərdə tutur? Özündən sonra yerində görmək istədiyi, hazırda isə vitse-prezident vəzifəsi daşıyan Kamala Harrisin Ermənistanın Dövlət Müstəqilliyi günü ilə bağlı ABŞ-dəki daşnak yığnağına göndərdiyi təbrik məktubunda vurğulananlarımı?
Xatırladaq ki, Harrisin sözü gedən məktubunda “Dağlıq Qarabağdan didərgin düşmüş ermənilərin sağ-salamat öz evlərinə qayıtmaq hüququ erməni xalqının ləyaqətinin və regionda sabitliyin bərpası üçün vacibdir” cümləsi yer almışdı ki, bu da bizdə haqlı narazılıq yaratmaya bilməzdi. Birincisi, ABŞ-nin vitse-prezidentinin işlətdiyi “Dağlıq Qarabağ” ifadəsində haranın nəzərdə tutulduğu bəlli deyil. Çünki Azərbaycanda artıq elə bir ərazi vahidi yoxdur. Söhbət Qarabağdan gedirsə, həmin məktubda qeyd edilənin əksinə olaraq oradan hər hansı hay didərgin düşməyib, onlar “miatsum”çu başçlarının tapırığıyla özləri çıxıb gediblər".
Cozef Bayden İlham Əliyevə məktub ünvanlayıb |
"Qarabğadan didərgin salınan azərbaycanlılardan öncə isə eyni vəziyyətlə Ermənistandakı soydaşlarımız üzləşmişdilər. Və indi öz xoşlarına Qarabağdan çıxıb gedən hayların geri qayıtmalarını ləyaqətli sülhün şərti kimi rəli sürən ABŞ rəhbərliyi bəs Ermənistandan didərgin salınan azərbaycanlıların niyə belə bir haqlarının olduğunu unudurlar?
İlham Əliyevin ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterə də bildirdiyi kimi “sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının məhz Azərbaycan olduğu, “Ermənistanın konstitusional əsasda” bizə qarşı ərazi iddialarının onun imzalanması yolunda başlıca maneəyə çevrildiyi bilinə-bilinə belə məktublarla niyə yanılış təsəvvür formalaşdırılır?
Məgər Vaşinqtonda bilmirlər ki, sülhə kimi təşviq etməyə ehtiyac var? Bnun üçün o, qərbdəkilərin etdikləri kimi silahlandırılmamalı, konstitusiyasına düzəliş etməsi istənilməlidir"
Həmidə İbrahimova
AzVision.az