BVF COP29-da mühüm rol oynamağı səbirsizliklə gözləyir - Cihad Azour
"Fond COP29-un hazırlanmasında Azərbaycanın mühüm tərəfdaşı olub. Ötən il və ondan əvvəl Fond ölkələrə transformasiya və iqlim dəyişmələri ilə bağlı işləri sürətləndirməyə kömək etmək üçün proqramlar təqdim etməklə, iqlim sahəsində üzvlərə dəstəyini genişləndirib.
Uzunmüddətli iqlim prioritetlərini maliyyələşdirmək üçün bu həftə səlahiyyətlilərlə bir neçə görüş keçirəcəyik.
Fond səlahiyyətlilərlə fəal tərəfdaşlığını davam etdirməyi və COP29-da mühüm rol oynamağı səbirsizliklə gözləyir”.
Azourun sözlərinə görə, BVF iqlim məsələlərini müşahidədə əsas istiqamətlərə yönəldir və prioritetlər, o cümlədən, Qafqaz və Mərkəzi Asiya regionu üzrə zəngin biliklər təqdim edir.
"Fond bu yaxınlarda region üçün uyğunlaşmanın əhəmiyyəti, eləcə də təsirlərin azaldılması və iqlimin maliyyələşdirilməsi məsələsinin həlli ilə bağlı bir sıra analitik materiallar hazırlayıb. Bunlar COP29 zamanı nümayiş etdiriləcək", - BVF rəsmi əlavə edib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
AzVision.az
Teqlər: