COP29-la bağlı tədbir məkanında nəqliyyat monitorinqləri aparılıb

COP29-la bağlı tədbir məkanında nəqliyyat monitorinqləri aparılıb
  27 Oktyabr 2024    Oxunub:957
COP29 konfransına hazırlıq prosesi çərçivəsində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin davamı olaraq oktyabrın 27-də COP29 konfrans məkanı olan Bakı Stadionunda nəqliyyatın hərəkəti üzrə növbəti sınaqlar keçirilib.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, proses çərçivəsində konfransın planı və marşrutuna uyğun stadionun müvafiq zonalarında COP29-a məxsus avtobusların hərəkəti, təhlükəsizlik və akkreditasiya yoxlamaları prosedurları test edilib. Budəfəki monitorinqin təşkilinə 600-dan çox COP29 könüllüsü cəlb olunub.

Qeyd edək ki, həmçinin ötən sutka ərzində COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, TƏBİB-in tabeliyində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi ilə birgə şəhərin mərkəzi küçə və prospektlərində genişmiqyaslı gündüz və gecə nəqliyyat proseslərinin monitorinqi uğurla tamamlanıb. Monitorinqlər çərçivəsində COP29-a məxsus avtobus və digər nəqliyyat vasitələri, təcili tibbi yadım və yanğınsöndürmə maşınları cəlb edilib.

Ümumilikdə nəqliyyat monitorinqlərinin məqsədi konfrans zamanı tətbiq ediləcək nəqliyyat sxeminin hərtərəfli sınaqdan keçirilməsi və nəqliyyat sahəsində planlaşdırılan tədbirlər üzrə tam hazırlığın təmin olunmasıdır.










AzVision.az


Teqlər: Azərbaycan   COP29   BakıStadionu  





Xəbər lenti