“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir
Bir il ərzində davam edəcək “Bütün Vücudlar Danışır” layihəsi 800-dən çox iştirakçıya xidmət göstərməyi planlaşdırır. Layihədə fərqli yaş qruplarından əlilliyi olan və olmayan şəxslər, qazilər, aztəminatlı ailələr və internat məktəblərinin şagirdləri iştirak edəcək. Layihənin əsas məqsədi, cəmiyyətin həssas və qeyri-həssas qruplarını bir araya gətirib onların fiziki və emosional rifahını yaxşılaşdırmaq, sosial bacarıqlarını inkişaf etdirmək və yeni dostluqlar yaratmaqdır. Layihədə iştirak etmək istəyənlər bu linkə keçid edərək qeydiyyat formasını doldura bilərlər.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
AzVision.az
Teqlər: