Əli Əsədov Türkiyənin vitse-prezidentini təbrik edib
Qeyd edilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı iki ölkənin xalqının qardaşlığını, birliyini, həmrəyliyini ifadə etməklə yanaşı, ikitərəfli münasibətlərimizin əsl mahiyyətini əks etdirir.
Dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində Azərbaycan və Türkiyənin bu gün dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr olduğu vurğulanıb.
Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da yüksələn xətlə və uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
AzVision.az
Teqlər: