Nazir taksi sürücüsü oldu - VİDEO

Nazir taksi sürücüsü oldu - VİDEO
  20 Aprel 2013    Oxunub:1671
Tanınmış siyasətçini taksiyə oturanların heç biri tanımayıb
Türkiyənin maliyyə naziri, tanınmış siyasətçi Mehmet Şimşək, TRT kanalında efirə gedən “Məclis Taksi” verilişinin qonağı olub.

Verilişdə M. Şimşək taksi sürücüsü olub və müştəri tapmaq üçün qeyri-adi üsullara baş vurub.

Belə ki, maliyyə nazirinin ilk müştərisi yaşlı bir cütlük olub.

Özünü sərnişinlərinə nazir kimi təqdim etmədən, əsl vəzifəsinin sürücü olduğunu deyən maliyyə naziri yaşlı insanlara taksinin avtobus qiymətinə olduğunu deyincə isə, sərnişinlər taksidən düşmək istəyib.

Bu zaman maliyyə naziri onalara belə bir sual ünvanlayıb. Mənim taksimə millət vəkilləri, nazirlər minir. Onlardan nə isə bir arzunuz varsa, mən onlara çatdıra bilərəm. Yaşlı insanlar isə nazirdən oğullarını işə qoymağı istəyib.

Nazirin taksisinə əyləşən, bir gənc qadın sərnişin isə nazirin həmin sualına Rəcəb Tayyib Ərdoğanın üç uşaqla bağlı söylədiyi fikirlərə toxunub. O, işsizlik dönəmində üç uşaq böyütməyin çox çətin olduğunu deyib.

Nazir digər müştəriləri ilə zarafatlarından da qalmayıb.
Sərnişinlərinə pul ödəmədikləri halda, çek verməyi təklif edib.



AzVision.az


Teqlər:  





Xəbər lenti