Çox uçanlar çox ödəsin!

// Təyyarə ilə çox səyahət edənlərdən əlavə ödənişin alınması qlobal istiləşməni azalda bilər

  Çox uçanlar çox ödəsin!
  10 Noyabr 2024    Oxunub:1193
Təyyarə ilə tez-tez uçan şəxslərdən əlavə verginin alınması qlobal istiləşməni azalda və təkcə Avropa dövlətlərinin büdcəsinə ildə 64 milyard dollar əlavə gəlir qazandıra bilər.
Yeni İqtisadiyyat Fondunun ( New Economics Foundation , NEF ) araşdırmaları göstərib ki, ildə bir dəfə “ora və geriyə” uçandan sonra, ikinci dəfə üçün əlavə verginin tətbiqi nəticəsində təyyarələrdən havaya atılan karbon dioksidin həcmi 21% azalar. Belə bir addım sərnişinlərin çoxuna təsir etməyəcək, çünki statistikaya görə, təyyarə ilə səyahət edənlərin 72%-i ildə bir dəfə “ora-geriyə” bilet alır.


Araşdırmanın müəlliflərindən biri, “Stay Grounded” şirkətinin eksperti Maqdalena Hoyvizer bildirib ki, təyyarə ilə çox uçanlardan alınan ə lavə ödənişi yerüstü nəqliyyata – qatarlara, avtobuslara sərmayə kimi qoymaqla vəziyyəti yaxşılığa doğru xeyli dəyişmək olar.

Təklifi hüquqi cəhətdən şərh edən “AdaStone Law” şirkəti belə qənaətə gəlib ki, o, Avropa İttifaqının qanunlarına tamamilə uyğundur.

“More in Common” agentliyinin sorğusu isə göstərib ki, belə bir qərar ən çox zənginlərə təsir göstərəcək, çünki daha çox onlar təyyarədə səyahətə üstünlük verirlər. Təyyarə ilə ildə bir dəfədən çox uçan şəxslərin 63%-nin illik gəliri 100.000 avrodan çox, yalnız 15%-nin gəliri 20.000 avrodan azdır.

Tariyel Həsənov

AzVision.az


Teqlər: İqlim  





Xəbər lenti