London Kiyevə “Storm Shadow” raketlərinin tədarükünü dayandırıb

   London Kiyevə    “Storm Shadow”    raketlərinin tədarükünü dayandırıb
  18 Noyabr 2024    Oxunub:541
Böyük Britaniya gələcəkdə - ola bilsin ki, Rusiya ərazisinə zərbələri təsdiqlədikdən “bir neçə ay sonra, daha səmərəli istifadə etmək üçün uzaq mənzilli “Storm Shadow (Fırtına kölgəsi)” raketlərinin Ukraynaya çatdırılmasını dayandırıb.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın Müdafiə nazirliyindəki mənbələrə istinad edən “The Times” qəzeti belə məlumat yayıb. Nəşrin digər mənbələri bu qərarı Böyük Britaniyanın öz “Fırtına kölgəsi” ehtiyatlarının tükənməsi və bu raketləri milli təhlükəsizlik ehtiyacları üçün saxlamaq istəyi ilə əlaqələndirirlər.

Hələ noyabrın 8-də öz mənbələrinə istinad edən “The Guardian” artıq bu ilin yayında Londonun Kiyevə “Storm Shadow” raketləri verməsini dayandırdığını yazmışdı. Qəzetin məlumatına görə, bu, Böyük Britaniyada “Leyboristlər” Partiyası hakimiyyətə gəldikdən az sonra baş verib. Adının açqılanmasını istəməyən bir Ukrayna rəsmisi qeyd edib ki, yeni şərtlər əvvəlki əməkdaşlıq səviyyəsinə uyğun gəlmir.

“Starmer bizə uzaq mənzilli silahlar vermir. Bu, Rişi Sunak dövründə olduğundan çox fərqli bir vəziyyətdir. Münasibətlər pisləşib”, - ukraynalı məmur deyib.

Böyük Britaniyanın Müdafiə nzirliyindən isə “The Guardian” qəzetinə bildriblər ki, qurum əməliyyat ehtiyatları haqqında məlumat açıqlamır, lakin Ukraynanın dəstəyi dəyişməz olaraq qalır. Həmçinin, baş nazir Kir Starmer Londonun Kiyevə lazım olan müddətdə yardım göstərəcəyini dəfələrlə vurğuladığı xatırladılıb.

- Hələ iyul ayında Starmer Ukraynanı dəstəkləmək üçün hər il 3 milyard funt sterlinq ayırmağa söz verib. O vaxtdan bəri baş nazir iki dəfə prezident Volodimir Zelenskini ofisində qəbul edib və altı dəfə onunla telefonla əlaqə saxlayıb”, - Böyük Britaniyanın Müdafiə nazirliyi diqqətə çatdırıb.

Bundan az sonra “The Telegraph” qəzeti Britaniya hökumətindəki mənbələrə istinadən Kir Starmer və Fransa prezidenti Emmanuel Makronun ABŞ prezidenti Co Baydenlə Ukraynanın “Storm Shadow” raketləri vasitəsi ilə Rusiya ərazisinə zərbələr endirməsinin təsdiqlənməsi imkanını müzakirə etdiklərini yazmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: London   Kiyev   raketlər  





Xəbər lenti