Paşinyan: “Azərbaycan və Ermənistan SSRİ dövründəki sərhədlər çərçivəsində tanınmalıdır”

      Paşinyan:    “Azərbaycan və Ermənistan SSRİ dövründəki sərhədlər çərçivəsində tanınmalıdır”
  23 Noyabr 2024    Oxunub:343
Ermənistan və Azərbaycanın bir-birini SSRİ-də mövcud olan sərhədləri daxilində qarşılıqlı tanınması, ardınca isə ehtiyatla iqtisadi əlaqələrin qurulması zəruruidir.
AzVision.az xəbər verir ki, Erməniustanın baş naziri Nikol Paşinyan ölkənin İctimai televesiyasına müsahibəsində belə çağırış edib.

“Ermənistan və Azərbaycan bütün səviyyələrdə tanımalıdır ki, Sovet Azərbaycanı öz ərazisi ilə müstəqil Azərbaycandır, Sovet Ermənistanı öz ərazisi ilə müstəqil Ermənistandır. Biz bu reallığı qeyd etməli, bir-birimizi siyasi və bizə məlum olan bir sıra aspektlərdə rahat buraxmalı, nə isə axtarmamalıyıq. Kommunikasiyaları açmaqla, sonradan təbii olaraq çox yüksək sürətlə inkişaf edəcək iqtisadi əlaqələri yavaş-yavaş qurmağa başlmalıyıq”, - Paşinyan bildirib.

İlin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması ehtimalına gəlincə, Paşinyan “bunun üçün 100% və hətta bundan da artıq əlindən gələni edəcəyi” vədini verib.

Müsahibədə o, həmçinin Ermənistan cəmiyyətinin ölkənin Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmasına müsbət yanaşdığını açıqlayıb.

“Avropa İttifaqı ilə yaxınlaşma məsələsində ictimai konsensusun olduğunu söyləməyə cəsarət etmirəm. Amma cəmiyyətdə bu məsələyə müsbət münasibətin olması şübhəsizdir. Belə çıxır ki, Aİ və Ermənistana bu gündəliyi mən təklif etmişəm”, - Nikol Paşinyan vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   sərhədlər  





Xəbər lenti