Taliblər Əfqanıstan səfirini Almaniyadan geri çağırıblar
Əfqanıstanın Almaniyadakı səfiri Yama Yari və baş konsul Səid Lütfullah Sadat 2021-ci ildə Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirməzdən əvvəl öz vəzifələrinə təyin ediliblər. Almaniyanın “Der Spiegel” jurnalının yazdığına görə, bundan bir neçə həftə əvvəl Bonn və Berlində Taliban və Əfqanıstan nümayəndələri arasında “ixtilaflar” yaranıb.
“Kabildən alman diplomatlara verilən açıqlamada Bonn və Berlindəki əfqan diplomatların radikal islamçılarla əlaqələndirmə olmadan bəzi “ixtiyari” qərarlar qəbul etdikləri bildirilib. Bu fonda “Taliban” daha əvvəl ölkənin Berlin və Bonndakı nümayəndəliklərində verilən viza və pasportları etibarlı hesab etməyəcəklərini açıqlamışdı. İslamçılar Qərb ölkələrindəki bir sıra digər diplomatik missiyalar haqqında da analoji bəyanatlar veriblər”, - Almaniyanın “Deutsche Welle” nəşri, öz növbəsində” vurğulayıb.
Eyni zamanda, “Taliban”ın Əfqanıstanın Münhendəki baş konsuluna qarşı heç bir iradı yoxdur. Yeri gəlmişkən, o da radikal islamçılar hakimiyyətə gəlməmişdən əvvəl bu vəzifəyə təyin edilib. Bundan başqa, Kabil Münhendəki diplomatik missiyanın işini indiki Bavariya və Baden-Vürtemberq əyalətlərindən Almaniyanın digər bölgələrinə genişləndirməyə çalışıb. Lakin Almaniya XİN-ə istinad edən KİV-lər bunun beynəlxalq normalara zidd olduğunu bildirirlər.
Sahil İsgəndərov
AzVision.az