“Təbii ki, danışıqlar Ukraynanın başı üzərində aparıla bilməz. Amma eyni zamanda, düşünürəm ki, Ukraynanı dəstəkləyən bir çox ölkələr Rusiya ilə diplomatik həlli müzakirə etmək mümkün olanda Kiyevlə birlikdə qərar verməlidir. Bunu tək Kiyev həll edə bilməz”, - Merkel vurğulayıb.
Bununla belə, onun fikrincə, bu prosesin nə vaxt başlaya biləcəyinə cavab verməkdə Merkel çətinlik çəkib.
Angela Merkel: “Putin həmişə sayıqdır” |
Bu arada, Böyük Britaniyanın “Sky News” telekanalı Ukrayna ordusunun cəbhə xəttində kollapsla üzləşdiyini bildirib.
- Analitiklərin fikrincə, Ukrayna qoşunları demək olar ki, üç il davam edən müharibədən tükənib, canlı qüvvə və texnika çatışmazlığından əziyyət çəkir. Bu vaxt isə Rusiya Silahlı Qüvvələri bir-birinin ardınca yaşayış məntəqələrini ələ keçirir. Kiyev üçün vəziyyət Kursk vilayətinin işğalı ilə də çətinləşdi: indi Ukrayna Silahlı Qüvvələrinin elit bölmələri sərhəd bölgələrində ilişib qalıb və cəbhənin daha mühüm hissələrini gücləndirmək iqtidarında deyil”, - telekanalın yayımladığı materialda deyilir.
Sahil İsgəndərov
AzVision.az