Kanadada NATO əleyhinə kütləvi etirazlar keçirilib

   Kanadada    NATO əleyhinə    kütləvi etirazlar keçirilib
  23 Noyabr 2024    Oxunub:283
NATO Parlament Assambleyasının noyabrın 22-dən 25-dək Monrealda keçirilən 70-ci sessiyasına qarşı Kanadada genişmiqyaslı etiraz aksiyası başlayıb.
AzVision.az yerli və xarici medianın yaydığı məlumatlara istinadən xəbər verir ki, Kanadanın ən böyük şəhərində iğtişaşlar törədən bir neçə min maskalı insan hərbi siyasətdən və xarici qüvvələrin ölkə işlərinə qarışmasından narazılıqlarını ifadə ediblər. Etirazçılar NATO tərəfdarlarının onların yaşadıqları şəhəri tərk etməsi tələbini irəli sürürlər.

“Bizi ən çox narahat edən NATO-nun İsraillə çox sıx əməkdaşlıq etməsidir. Halbuki, o, 1948-ci ildən bəri beynəlxalq hüququn misilsiz pozulmasına və hazırda Qəzzada soyqırımlara yol verib”, - “La press” nəşri mitinqdə çıxış edənlərdən birinin sözlərini misal gətirir.

Etirazçıların birinci qrupunun şəhərin mərkəzindəki “Emili-Qamelen” parkına toplaşdıöı, digər qrupun “İcəsənət” meydanında formalaşdığı, daha sonra iki nümayişin birləşərək şəhərin küçəsi ilə yürüş etdiyi bildirilir. Eyni zamanda, gərginlik tədricən artmağa başlayıb.

Radikal solçu fəallar və HƏMAS tərəfdarları izdihamın ortasında İsrailin baş naziri Benyamin Netanyahunun heykəlini yandıraraq mağazanın vitrinlərini sındırmağa, həm yerli sakinlərin, həm də polisin avtomobillərini yandırmağa başlayanda vəziyyət tez bir zamanda nəzarətdən çıxıb, şəhəri zorakılıq dalğası bürüyüb.

Tezliklə hadisə yerinə gələn polisla toqquşmada bibər qazı doldurulmuş balonlardan istifadə ediblər. Kütlə asayiş keşikçilərinə tərəf tüstü bombaları və pirotexniki vasitələr ataraq vəziyyəti daha da gərginləşdirib. Polis buna gözyaşardıcı qaz və dəyənəklərlə cavab verib. İğtişaşlar başlayandan bir saat sonra hüquq-mühafizə qüvvələri nümayişçiləri dağıtmaq qərarına gəlib. Nəticədə polis əməkdaşlarına hücum edən 3 etirazçı saxlanılıb.

Qeyd edək ki, bundan əvvəl Kanadanın baş naziri Castin Trüdo Braziliyada keçirilən G20 sammitində Ukraynanın NATO-ya qəbul edilməsi zərurəti ilə bağlı müttəfiqlərinə təzyiq göstərməyə çalışıb.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Kanada   NATO   etirazlar  





Xəbər lenti