İsveçrə hərbi sursatının Kiyevə verilməsinə qadağa qoyub
ABŞ-nin “Defence One” xəbər nəşri ötən ilin noyabrında Ukraynanın Polşanın UMO şirkətindən “SwissP Defence” tərəfindən istehsal edilən zirehli deşici mərmiləri olan 645 min tüfəng gülləsi alması barədə məlumat yaydıqdan sonra İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin araşdırmaya başladığı bildirilir.
“Halbuki, müqaviləyə əsasən, Polşa şirkəti sursatları yalnız Polşada yenidən satmaq hüququna malik idi. Bununla belə, araşdırma nəticəsində məlum olub ki, Polşa şirkəti İsveçrə istehsalçısı qarşısında müqavilə öhdəliklərini yerinə yetirməyib və sursat Ukraynaya ötürülüb”, - dərc olunan materialda vurğulanır.
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi Polşa şirkətinin ixracına qadağa qoyulacağını açıqlayıb, çünki “Ukraynaya yönləndirmə riski çox yüksək qiymətləndirilir”. İsveçrə qanunları isə müharibə aparan ölkələrə özünə məxsus və ya İsveçrə istehsalı olan hərbi texnikanın ixracını qadağan edir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: İsveçrə sursat Ukrayna qadağa