“Qarşıya qoyulan tapşırığın reallaşdırılması, problemləri həll etmək üçün Qərb faktiki olaraq Ukrayna ərazilərini işğal altına salmalıdır. Təbii ki, bu, ölkədə “sülhməramlı kontingentin” yerləşdirilməsi adı altında həyata keçiriləcək”, - qurumun bəyanatında deyilir.
Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Qərb ayrı-ayrı Avropa ölkələri arasında Ukrayna ərazilərini bölüşdürməyi planlaşdırır. Belə ki, Ukraynanın Qara dəniz sahilinin Rumıniyaya, ölkənin qərbinin Polşaya, mərkəzi və şərqinin Almaniyaya, şimalının isə İngiltərənin nəzarətinə geçəcəyi gözlənilir.
Le Monde: “Aİ Ukraynaya qoşun göndərilməsini müzakirə edir” |
Bundan başqa, Emmanuel Makron ilin əvvəlində Parisdə keçirilən Ukraynaya dəstək konfransında qalmaqallı açıqlamalar da vermişdi. O, Ukraynanın Qərb müttəfiqlərinin Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaratdıqlarını açıqlamışdı.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az