Le Point: "Makron Netanyahu ilə bağlı orderi icra etməyəcəyinə söz verib"

      Le Point:    "Makron Netanyahu ilə bağlı orderi icra etməyəcəyinə söz verib"
  29 Noyabr 2024    Oxunub:338
Fransanın Le Point jurnalı diqqət çəkən məqalə dərc edib.
Nəşr Makrona yaxın mənbəyə istinadən yazıb ki, Fransa prezidenti Emmanuel Makron Livanda atəşkəs danışıqlarında iştirak etməyin müqabilində İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə dair Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi orderə əməl etməyəcəyini söz verib.

"Aİ ölkələri Netanyahunu həbs etməyə borcludurlar" - Borrel
Fransa Xarici İşlər Nazirliyi isə çərşənbə günü bəyan etmişdi ki, ölkə özünün götürdüyü beynəlxalq öhdəliklərinə hörmətlə yanaşır və Beynəlxalq Cinayət Məhkəməsi ilə tam əməkdaşlıq edəcək.

Noyabrın 26-da İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani də oxşar mövzuda diqqət çəkən açıqlama vermişdi. O bəyan edib ki, ölkəsi Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş nazirinin həbsi ilə bağlı order qərarının hüquqi mahiyyətinə şübhə edir.

Xatırladaq ki, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu ilə yanaşı İsrailin müdafiə naziri Yoav Qallantın Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham edib. Bu səbəbdən məhkəmə onların həbsinə order verib.

Netanyahu və Qalantla bağlı həbs qərarından sonra sənədi dərhal dəstəkləyənlər arasında Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrel də olub.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Netanyahu   Makron   Həbs  





Xəbər lenti