Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"

   Rusiyada 8, Ukraynada isə 5 min əsir var    - "The Wall Street Journal"
  29 Noyabr 2024    Oxunub:337
Rusiya və Ukraynada hələ də evlərinə qaytarılmamış minlərlə hərbi əsir var. Səbəb tərəflərin çox vaxt məhbusların mübadiləsi ilə bağlı razılığa gəlməməsidir.
Bu fikirlər The Wall Street Journal-da dərc olunan məqalədəndir.

Ukrayna Britaniya, Almaniya, Polşa və Rumıniya arasında bölünür?
Müəllif qeyd edib ki, Rusiyada 8 minə yaxın, Ukraynada isə 5 minə qədər əsir əsgər var. Jurnalist qeyd edib ki, ölkələr hərbi əsirlərin sayı ilə bağlı rəsmi qaydada dəqiq məlumatları da açıqlamırlar.

Hərbi əsirlərin vətənə qaytarılması hazırda Ukraynada ən həlledilməz problemlərdən birinə çevrilib. Kiyevdə belə hesab edirlər ki, Rusiya bu amildən istifadə etməyə çalışır.

Məqalədə o da vurğulanıb ki, Ukrayna rusların bir neçə aydır şərq cəbhəsində dayanmadan irəliləməsi səbəbindən ciddi problemlər yaşayır: "Ölkədə ordu üçün gərəkən canlı qüvvə qıtlığı var və Rusiya Federasiyası Ukraynaya daha güclü hücumlar təşkil edərsə, qış Ukraynanın enerji infrastrukturu ilə bağlı vəziyyəti daha da pisləşdirə bilər".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  





Xəbər lenti