İsrailin Baş Qərargah rəisi istefa verəcək

   İsrailin Baş Qərargah rəisi istefa verəcək
  29 Noyabr 2024    Oxunub:351
İsrailin Baş Qərargah rəisi Herzi Halevi "HƏMAS-ın 7 oktyabr hücumu ilə bağlı təhqiqat başa çatdıqda" istefa verəcəyini bildirib.
O bu barədə qoşunlara göndərilən xüsusi məktubda yazıb. Hərbçi vurğulayıb ki, "təhqiqat yekunlaşanda "şəxsi qərar" verəcək və məsuliyyət ondan aşağı rütbəli komandirlərə ötürüləcək".

Bildirilir ki, Halevinin bu addımı, əslində, orduda ali rütbəli təyinatlarla bağlı qərarının müdafiəsi ilə əlaqədardır. Çünki bəzi hərbçilərin fikrincə, o, "7 oktyabr hücumunun qarşısının alınmasında uğursuzluğa yol verdiyi üçün" belə qərarları doğru deyil.

"Zabitlərin vəzifələrə təyinatı imtiyaz yox, operativ vəzifədir. Ordunun idarəsini ləngitmək olmaz", - Halevi söyləyib.

Ötən günlərdə müdafiə naziri İsrael Kats məhz sözügedən uğursuzluqda mümkün iştirakına görə iki zabitin təyinatını təsdiqləməmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   qərargah   rəis   istefa  





Xəbər lenti