Hələb Universitetinin ərazisi atəşə tutulub, dörd nəfər ölüb

Hələb Universitetinin ərazisi atəşə tutulub, dörd nəfər ölüb
  29 Noyabr 2024    Oxunub:314
"Cəbhət ən-Nusra" terror qruplaşması Hələb Universitetinin şəhərciyini atəşə tutması nəticəsində azı 4 mülki şəxs həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə Suriyanın "SANA" dövlət agentliyi məlumat yayıb.

Hələb hava limanı İsrailin hücumu nəticəsində sıradan çıxıb
Bildirilir ki, qurbanlar arasında Suriyanın ən böyük universitetlərindən birinin iki tələbəsi də var. Şəhərciyə bir neçə mərminin atıldığı qeyd olunur.

Daha əvvəl Suriya Ordusunun bölmələri ölkənin inzibati mərkəzi olan Hələb şəhərinin şimalında və qərbində (Dəməşqdən 360 km aralıda) 20-dən çox yaşayış məntəqəsini işğal edən “Cəbhət ən-Nusra” qruplaşmasının yaraqlılarının mövqelərinə qarşı əks-hücum əməliyyatı keçirib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Hələb  





Xəbər lenti