Düşənbədə SPECA üzrə tədbirlər keçirilib
Diqqətə çatdırılıb ki, Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və innovativ layihələrin dəstəklənməsi istiqamətində mühüm təşəbbüslər həyata keçirilib. Bu addımlar regionda biznes fəaliyyətinin genişlənməsinə və investisiyaların artmasına töhfə verir.
Tədbirdə SPECA işçi qruplarının, həmçinin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) və Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) katibliklərinin Proqramla bağlı hesabatları dinlənilib, müzakirələr aparılıb. Tədbirdə ticarətin rəqəmsallaşdırılması, investisiyalar və digər sahələrdə regional əməkdaşlığı nəzərdə tutan “Düşənbə Bəyannaməsi” qəbul olunub.
Proqramın əhatə etdiyi regionda yaşıl inkişafa həsr olunmuş SPECA 2024 İqtisadi Forumunda SPECA-nın hazırkı sədri - Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzodanın çıxışında, UNESCAP-ın icraçı katibi Armida Salsiya Alişahbananın və UNECE-nin icraçı katibi Tatyana Molçanın videomüraciətlərində yaşıl inkişaf çağırışlarının öhdəsindən gəlmək üçün bölgədə dialoq və birgə təşəbbüslərin vacibliyi önə çəkilib. Bildirilib ki, forum yüksək səviyyəli siyasi dialoq üçün platforma rolunu oynayır.
Qeyd edilib ki, Azərbaycan enerji səmərəliliyinin artırılmasına, bərpa olunan enerji mənbələrinin inkişafına və karbon qazının azaldılmasına yönəlmiş yaşıl inkişaf strategiyasını fəal şəkildə davam etdirir və bu istiqamətdə regional əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Tədbir sessiyalarla davam edib. Müzakirələrdə vurğulanıb ki, regionda iqlim çağırışları fonunda davamlı iqtisadi artım modellərinə keçid üçün enerji transformasiyası, resursların davamlılığı və innovativ strategiyaların tətbiqi zəruridir.
SPECA Çoxtərəfli Etimad Fondunun Rəhbər Komitəsinin ilk iclasında qeyd olunub ki, açılışı COP29 çərçivəsində elan edilmiş fond iştirakçı dövlətlər arasında inkişaf proqramlarının birgə hazırlanması və həyata keçirilməsi üçün çevik və inklüziv maliyyələşdirmə mexanizmidir. Fond regionda dayanıqlı inkişafa nail olmaq üçün əməkdaşlıq platforması rolunu oynayacaq. Qurum SPECA regionunda iqtisadi əməkdaşlığın təşviqi, davamlı inkişaf və inteqrasiya üçün stimul yaradılmasına xidmət edəcək.
İclasda fondun fəaliyyətinə dair müzakirələr aparılıb.
AzVision.az
Teqlər: