İnqilabçı keşiş fəallaşıb: Baş Qərargah rəisini görüşə çağırdı

      İnqilabçı keşiş fəallaşıb:    Baş Qərargah rəisini görüşə çağırdı
  30 Noyabr 2024    Oxunub:385
Ermənistanın inqilab arzusunda olan keşişi, arxiyepiskop Baqrat Srbazan Qalstanyan yenidən fəallaşıb.
Yerli medianın yaydığı məlumata görə, arxiyepiskop bu gün canlı yayımda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryana müraciət edərək onu görüşə dəvət edib.

“Hazırda mən Silahlı Qüvvələrin Baş Qərargah rəisinə açıq dəvət göndərirəm. Onu görüşə dəvət edirəm. Asryan bu gün sərhədlərdə baş verənlər barədə ya mənə, ya da istəsə xalqımıza məlumatlar çatdırmalıdır. Bu, ilk növbədə, onun məsuliyyətidir”, - “Vətən naminə Tavuş” etiraz hərəkatının lideri deyib.

Baqratın hərəkatında "yarpaq tökümü" başladı
O, vurğulayıb ki, Baş Qərargah rəisi çağırışa cavab verməsə, bu, onun sadəcə yalnız vəzifədə qalmaq və pul maraqlarına üstünülük verməsi anlamına gələcək.

Xatırladaq ki, Ermənistanda etiraz aksiyaları aprelin 19-da Bakı ilə İrəvanın Tavuş istiqamətində sərhədin delimitasiyasına başlamasından sonra aktivləşib. İnqilabçı keşiş razılığın əldə olunmasını görən kimi revanşistləri fəallaşdırmağa başlayıb. O, mayın 9-da Tavuşdan İrəvana təşkil olunan yürüşə rəhbərlik edib. Arxiyepiskop Ermənistanın baş naziri Nikol Paşinyanı aktiv şəkildə istefaya çağırsa da, sonradan iyun ayında etirazları dayandırdı. Lakin hərəkat payızda aktiv siyasi mübarizəni bərpa etmək niyyətində olduğunu bəyan etmişdi.

Baqrat revanşist çağırışları, keçmiş prezident Robert Koçaryan və digər hərbi canilərə rəğbəti ilə də diqqət çəkir. O hətta sentyabrın 12-də Ermənistanın eks-prezidentləri, Robert Koçaryan və Serj Sarkisyanla görüşmüşdü. Bəzi saytlar bunu çevrilişə hazırlıq kimi qiymətləndirmişdilər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Keşiş  





Xəbər lenti