Bəşər Əsəd İranın xarici işlər naziri Abbas Araqçı ilə görüşüb

Bəşər Əsəd İranın xarici işlər naziri Abbas Araqçı ilə görüşüb
  01 Dekabr 2024    Oxunub:392
Suriya Prezidenti Bəşər Əsəd Dəməşqdə İranın Xarici İşlər Naziri Abbas Araqçı ilə bir araya gəlib. Görüşdə iki ölkə arasındakı strateji əməkdaşlığın gücləndirilməsi və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
AzVision.az xəbər verir ki, Suriya Prezidentinin ofisi görüşün əsas mövzusunun terrorizmə qarşı birgə mübarizə və regionda sabitliyin təmin edilməsi olduğunu açıqlayıb. Suriya lideri, bu məsələdə müttəfiqlərin dəstəyinin vacibliyini xüsusi olaraq vurğulayıb və qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

Əsəd həmçinin, İranla olan əlaqələrin həm iqtisadi, həm də siyasi sahələrdə mühüm əhəmiyyət daşıdığını bildirib. Görüşün nəticələri barədə əlavə məlumat verilməyib.

AzVision.az



Teqlər:





Xəbər lenti