Bəşər Əsəd Moskvadadır – TASS

      Bəşər Əsəd Moskvadadır    – TASS
  08 Dekabr 2024    Oxunub:1216
Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvadadır. Bu barədə Rusiyanın TASS İnformasiya Agentliyi məlumat yayıb.
Agentliyə məlumat verən mənbə bildirib ki, Rusiya humanitar məramdan çıxış edərək, Bəşər Əsədi və ailəsini sığınacaqla təmin edib.

Rəsmi Moskva hesab edir ki, BMT-nin təşəbbüsü ilə Suriyadakı vəziyyətin nizamlanması üzrə danışıqlar davam etməlidir.

Məlumatda o da deyilir ki, Suriyadakı silahlı müxalifətin rəhbərləri Rusyanın hərbi bazalarının və diplomatik qurumlarının toxunulmazlığına zəmanət veriblər.

Rusiyanın Tartusdakı hərbi-dəniz bazası

Qeyd edək ki, bu gün Suriyada silahlı müxalifət qüvvələri Tartus şəhərinə daxil olublar. Aralıq dənizinin sahilində yerləşən bu şəhərdə Rusiyanın Hərbi-Dəniz Qüvvələrinin bazası var. Baza 1971-ci ildə, hələ SSRİ-Suriya əməkdaşlığı dövründə yaradılmışdı.

Xatırladaq ki, noyabrın 27-dən başlayan hücumun nəticəsində dekabrın 7-nə qədər Əsədə qarşı çıxan silahlı müxalifət qüvvələri Hələb, Deyr-əz-Zor, Dəraa, Həma, Homs, nəhayət, Dəməşq şəhərlərini ələ keçiriblər.

Bu gün səhər “Reuters” agentliyi Bəşər Əsədin öldüyü barədə məlumat yaymışdı.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Suriya  





Xəbər lenti