Narışkin: "Ukrayna Silahlı Qüvvələri dağılmaq ərəfəsindədir" |
Onun sözlərinə görə, anqlo-saksonlar bəzən əsəblərini cilovlaya bilmirlər.
“Məsələn, ölkəsinin milli maraqlarını müdafiə etmək üçün cəsarətlə çıxış edən Slovakiyanın baş naziri Fiçonun həyatına qalmaqallı suiqəsd cəhdi nəyə dəyər? Serbiya prezidenti Vuçiçə və Macarıstanın baş naziri Orbana qarşı fiziki təhdid xəbərlərini yada salaq. Aydın məsələdir ki, formalaşmaqda olan çoxqütblü dünyanın sözün əsl mənasında bütün parlaq liderləri hücuma məruz qalırlar”, - Narışkin bildirib.
Tural Tağıyev
AzVision.az